Azad Rəhimov Ağcabədidə qəbul keçirəcək

Azad Rəhimov Ağcabədidə qəbul keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11:00-da Ağcabədi Gənclər Mərkəzində (Ağcabədi şəhəri Heydər Əliyev prospekti Şahmat Məktəbinin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyunun 17-dən 23-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Qəbula gəlmək istəyənlər yaşadıqları rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə