Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, əklil qoyub.
SİA-nın xəbərinə görə, akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti şəhidlərin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB