Sürücülərin nəzərinə! Bu yolda tıxac var

Sürücülərin nəzərinə! Bu yolda tıxac var

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM ) Heydər Əliyev prospektində baş verən yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində - əsas yolda (Bağırov körpüsünün yaxınlığı) "Koroğlu" metrosu istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yoldan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə