Heydər Əsədov Samuxda qəbul keçirəcək

Heydər Əsədov Samuxda qəbul keçirəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyun ayının 20-də saat 11:00-da Samux rayonunda Samux, Göy-Göl, Yevlax, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən verilib.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 022-265-01-17, 022-265-00-39) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected])vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə