Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Beyləqanda monitorinq aparıblar

Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Beyləqanda monitorinq aparıblar

2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib. Monitorinq Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarı ilə yaradılmış Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq aparılıb.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib.

Qeyd edək ki, aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə