Şura Şamaxıda konfrans keçirib

Şura Şamaxıda konfrans keçirib

Şura Şamaxıda "QHT-lərin müsbət təcrübəsinin təbliği" mövzusunda konfrans keçirib. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şamaxı şəhərində "QHT-lərin müsbət təcrübəsinin təbliği" mövzusunda konfrans keçirilib. Şuranın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan toplantıda rayon ictimaiyyətinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Konfransda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun QHT-lərə göstərdiyi dövlət dəstəyinin əsas istiqamətləri, maliyyələşdirilən layihələr, regionlarda fəaliyyət göstərən təşkilatlara edilən yardımlar, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Tədbirin sonunda Fərasət Qurbanov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə