Komada olan həmkarımız Anarın son görüntüsü köməyə ehtiyacı var! -FOTO
"Dünən Bakı-Qazax yolunda ağır yol qəzasında yaralanan jurnalist Anar Rəhimovun səhhəti ağır olaraq qalır". Bunu SİA-ya açıqlamasında jurnalistin dostu Ruslan Həsənov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən xəstənin səhhətində heç bir irəliləyiş yoxdur. Həkimlər növbəti əməliyyatı həyata keçirmək üçün onun ayılmasını gözləyirlər.
Hazırda Anarın bütün ailə üzvləri və yaxınları xəstəxananın həyətində onun ayılması üçün dua edirlər.
Qeyd edək ki, gənc jurnalistə maddi yardım etmək istəyənlər R. Həsənovla (050-264-94-49) əlaqə saxlaya bilərlər. Eyni zamanda Anar Rəhimovun adına hesab açılıb. Maddi yardım etmək istəyənlər şəkilin üzərində qeyd olunan nömrələrdən istifadə edə bilərlər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB