Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 24-də saat 11:00-da Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti, 247) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi ("Qaynar xətt"): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd olunmuş şəhər(rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB