"New Holland" şirkətinin mütəxəssisləri Gəncədə olublar

"New Holland" şirkətinin mütəxəssisləri Gəncədə olublar

Qərb bölgəsinə səfər edən "New Holland" şirkətinin mütəxəssisləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar. SİA-nın verdiyi məlumata görə, bölgəyə səfər edən xarici qonaqların məqsədi müştərilərlə görüşüb, onların şikayət, təklif və iradlarını dinləmək, Azərbaycanın müxtəlif bölgələrində bu il satılan 3 kombayn üzrə xronometrajın çıxarılması üçün məlumatlar toplamaq olub. "NewHolland TC 5050" markalı kombaynların istismar qaydalarının düzgün aparıldığını qeyd edən xarici mütəxəssislər Azərbaycan üçün daha fərqli modellərin tipik olduğunu bildiriblər.

"Azərbaycanda olan iri sahələrdən irəli gələrək buraya daha iri tutumlu kombaynların gətirilməsini məqsədə uyğun görürəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, burada kombaynın sahələrdə dönməsinə, əlavə hərəkətlər etməsinə ehtiyac yoxdur. Yüksək məhsuldarlıq da iri tutumlu, həcmcə daha çox dəngötürmə qabiliyyətinə malik kombaynları tələb edir" - deyə, "New Holland" şirkətinin kombaynlar üzrə marketinq meneceri Casper Klaris bildirib.

ADAU-nun aqrar mühəndislik fakültəsinin müəllim və professor heyətilə ilə keçirilən görüşdə yeni texnikalarla bağlı müzakirələr aparılıb. Belə görüşlərin universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə şərait yaratdığı vurğulanıb.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə