Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Unudulmaqda olan milli mənəvi dəyərlərin qorunması və təbliği" layihəsi davam edir. İyunun 14-də Kürdəmir rayonunda layihə çərçivəsində "Milli-mənəvi dəyərlərin qorunmasında ziyalıların rolu" adlı mövzusunda dəyimi masa keçirilib.
Layihənin rəhbəri, HDİM sədri İlham Əliyev mövzunun aktuallığından danışıb və görüləcək işlərlə bağlı məlumat verib. Layihə rəhbəri deyib ki, müasir, qloballaşan dünyada hər bir xalqın və ya ölkənin gəncliyi zamanla ayaqlaşmaq istəyir, lakin bir çox hallarda öz kökündən, milli-mənəvi dəyərlərindən uzaqlaşdığının fərqində belə olmur. Layihə rəhbərinin sözlərinə görə, hazırkı dövrdə mövzu olduqca aktualdır və problem ziyalıların, medianın, ictimai təşkilatların, yerlərdə ictimai rəy liderlərinin diqqətində olmalıdır: "Gəncləri mənfi meylərdən, müxtəlif dini təriqətlərin təsirindən uzaq tutmaq üçün ziyalı sözünə ehtiyac var. Ziyalılar, ictimai rəyə təsir edə bilən yazarlar bir şeyi bilməlidirlər ki, gənclər bizim gələcəyimizdir və gələcək inkişafımız onların nə cür tərbiyə olunmasından asılıdır". Tanınmış ziyalı, dinşünas Hacı Teymur Quliyev, Kürdəmir RİH ictimai-sisyasi şöbəsinin müdiri Ağali Kərimov qloballaşan dünyada çağdaş gəncliyimizə milli-mənəvi dəyərlər sistemimizi təbliğ etməyin vacibliyindən danışıblar. Natiqlər deyib ki, adət- ənənələrimizin unudulduğu, bayağılaşdırıldığı, milli –mental dəyərlərimizin kobudcasına pozulduğu, tapdandığı bir məqamda, ziyalı fikrinə, alim düşüncəsinə, xalqın vəkili səviyyəsində göstəriləcək münasibətə, veriləcək qiymətə ehtiyac duyulur. Onun sözlərinə görə, milli-mental dəyərlərə qarşı qlobal hücumun baş verdiyi bir zamanda ziyalılar, ağsaqqallar önə çıxmalı, gənclər yol göstərməli, onları yabanı ideoloji təsirdən qorumalıdırlar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB