Oğuzda 100 yerlik bağçanın tikintisinə başlanılıb

Oğuzda 100 yerlik bağçanın tikintisinə başlanılıb

Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı çərçivəsində Oğuz şəhərinin Dədə Qorqud küçəsində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb. SİA-nın Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, proqram çərçivəsində tezliklə şəhərin yeni yaşayış massivində 100 yerlik daha bir bağçanın tikintisinə başlanılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə