Hadi Rəcəbli: "İslam ölkələrinin təcrübəsi Azərbaycan üçün yararlı ola bilər"
"Azərbaycan ən gənc müstəqil dövlətlərdən biridir və təbii ki, ölkəmiz ən müxtəlif istiqamətlərdə təcrübə mübadiləsinə və idarəetmənin inkişafına böyük əhəmiyyət verir. Sosial müdafiə məsələlərində islam ölkələrinin təcrübəsi Azərbaycan üçün yararlı ola bilər". SİA-nın xəbərinə görə, bunu Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi islahatlar aparılır: "Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə və işləmələrə ehtiyacı var".
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iclasın gedişində deyib ki, Bakıda keçirilən iclas İƏT-ə üzv ölkələr arasında münasibətlərin inkişafına yardım edir: "Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələrdə əmək, məşğulluq və sosial müdafiə sahəsində güclü artım müşahidə olunur və məlumdur ki, müsəlman ölkələri bu sahələrin təkmilləşdirilməsi üzrə işləri davam etdirməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB