"Milli insan hüquqları institutlarının parlament, dövlət qulluqçuları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı" mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova Azərbaycanda müsbət dəyişiklər və uğurlardan danışıb.
Ana ölümləri ilə bağlı danışan E. Süleymanova bu məsələdən narahat olduğunun dilə gətirib: "Azərbaycanda məni narahat edən əsas məsələlərdən biri ana və uşaq ölümləridir. Çox təəssüflər olsun ki, biz bu cür xəbərləri tez-tez eşidirik. QİÇS xəstəliyi ilə bağlı vəziyyətdən çox narahatıq. Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı üç mini keçib. Düzdür bu xəstəliyin çarəsi hələlik tapılmayıb, ancaq qarşısını almaq üçün tədbirlər görmək olar".
Tədbirdə çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ofisinin Milli insan hüquqları institutları və regional mexanizmlər bölməsinin rəhbərinin müavini Afərin Şahidzadə vurğulayıb ki, milli insan hüquqları institutları insanlar üçün əlçatan olmalıdır: "Hüquqları pozulan şəxslər həmin institutla rahat şəkildə əlaqə qura bilməli və öz problemlərini çatdıra bilməlidirlər. Azərbaycanda bu qaydaya əməl edilir. Bundan əlavə, həmin institutlar müəyyən resurslara sahib olmalıdırlar ki, layihələr həyata keçirə, insanların hüquqların qoruya bilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB