Komitə sədri Salyanda vətəndaşları qəbul edib

Komitə sədri Salyanda vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Salyan şəhərində vətəndaşlarla görüşəcək. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq A.Əliyev iyunun 20-də saat 11:00-da Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Təbriz Xəlilbəyli küçəsi 136) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə