Yunanıstan parlamentariləri Nizami Mərkəzinin üzvü olacaqlar

Yunanıstan parlamentariləri Nizami Mərkəzinin üzvü olacaqlar

Yunanıstanın sabiq baş naziri (2004-2006) Kostas Karamanlis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvlüyə dəvət olunub. Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, bununla bağlı müzakirə Afinada Mərkəzin icraçı direktoru Rövşən Muradovla Kostas Karamanis arasında keçirilən görüş zamanı baş tutub. Görüşdə Azərbaycanla, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yunanıstan arasında mövcud olan siyasi, mədəni əlaqələr müzakirə edilib və bu əlaqələri daha da gücləndirmək məqsədilə Kostas Karamanlis Mərkəzlə əməkdaşlığa dəvət olunub.

Qeyd edək ki, Yunanıstanın nüfuzlu ictimai-siyasi xadimi olan Kostas Karamanlis hazırda parlamentin üzvüdür.

Yunanıstan parlamentinin digər üzvü, 2007-2011-ci illərdə Avropa Parlamentinin vitse-spikeri olmuş Rodi Kratsa da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü ola bilər. Afinada Mərkəzin nümayəndəsi ilə Rodi Kratsa arasında keçirilmiş görüşdə Mərkəzin Yunanıstan parlamenti ilə əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub. Bu istiqamətdə Rodi Kratsanın verəcəyi töhfələr nəzərə alınaraq o, Mərkəzin üzvlüyünə dəvət olunub. Qeyd edək ki, Rodi Kratsa eyni zamanda "ELPİDA" xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının İdarə Heyətinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə