Azərbaycan Prezidenti bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı və fəxri adlarla təltif edib

Azərbaycan Prezidenti bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı və fəxri adlarla təltif edib

Azərbaycan Respublikasının Prezident İlham Əliyev iyunun 16-da bir qrup səhiyyə işçisinin "Tərəqqi" medalı və fəxri adlarla təltif edilməsi ilə bağlı Sərəncamlar imzalamışdır. Xəbər verilir ki, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə fərqlənən 9 səhiyyə işçisi "Tərəqqi" medalı, 13 nəfər "Əməkdar Həkim", 3 nəfər "Əməkdar Müəllim", 8 nəfər isə "Əməkdar Tibb İşçisi" fəxri adları ilə təltif edilmişdir.

Qeyd edək ki, iyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramıdır. Tibb işçiləri bu bayramı hər il ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə