Baykerlərimiz Belqradda ümummilli liderin abidəsini ziyarət ediblər

Baykerlərimiz Belqradda ümummilli liderin abidəsini ziyarət ediblər

Milli Qurtuluş Günü münasibətilə 10 min kilometrlik motoyürüşə çıxan azərbaycanlı baykerlər xalqımızın ümummilli lideri Heydər Əliyevin Serbiyanın paytaxtı Belqradın "Taşmaydan" parkında ucaldılmış abidəsini ziyarət etmişlər.

SİA ANS TV-yə istinadla xəbər verir ki, "Azərbaycanı Avropada tanıdaq" devizi ilə yürüşə çıxan baykerlərimiz Zaqrebdən Belqrada qədər 700 kilometr yol qət etmişlər.

İyunun 7-də Bakıdan başlayan motoyürüşün məqsədi Azərbaycanı Avropada daha geniş tanıtmaqdır.

Azərbaycanlı baykerlər 10 min kilometr yol qət etmiş və buna görə "Harley Devidson"un xüsusi mükafatına və hədiyyələrə layiq görülmüşlər.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirmişdir ki, Avropa ölkələrində, o cümlədən Xorvatiyanın paytaxtı Zaqrebdə Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı broşürlər paylanmışdır.

Motoyürüş "Harley Devidson HOG Baku" klubunun təşkilatçılığı və ANS-in informasiya dəstəyi ilə keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə