Ziyafət Əsgərov Qarabağla bağlı qətnamələrin yerinə yetirilmədiyini deyib
"Söhbət ikili standartdan gedir"

"BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin heç biri yerinə yetirilmir. Burada ikili standartdan söhbət gedir. Münaqişənin həllinə ikili standartla yanaşırlar". Bunu bu gün Bakıda Başlayan NATO Parlament Assambleyasının "Rose Roth" seminarında Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov deyib.

"Liviyada və Yuqosalaviyada aksiyalar, böhranlar baş verən zaman BMT qətnamə qəbul etdi və tez müddətdə qətnamələrin icrasına başlanıldı. Ora qoşun göndərildi. Dağlıq Qarabağla bağlı BMT 4 qətnamə qəbul edib. Amma o qətnamələrin hələ heç bir yerinə yetirilməyib.

20 ildir BMT-nin TŞ Qarabağ münaqişəsi ilə bağlı qətnamələr qəbul edib. Bu qətnamələr bəs niyə yerinə yetirilmir?

Krım, Ukrayna ilə bağlı AB, AŞ, BMT, ABŞ hərə bir tərəfdən Rusiyaya qarşı sanksiyaya qəbul edirsiz? Bəs 20 ildir ki, Ermənistana qarşı niyə sanksiyalar qəbul etmirsiz? Axı bizim də ərazilərimiz işğal edilib".

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, keçmiş səfir Metyu Brayza isə Ziyafət Əsəgrovun dediklərini təsdiqləyib. "Düzdü ikili standartlar var. Mənim diplomatlığım dövründə Rusiya kənarda durub özünü sülhün tərəfdarı kimi təqdim edirdi. İndi rusiyalı həmsədr də Qarabağ münaqişəsinin həlli prossesində iştirak edir. Mən inanamıram ki, rusiyalı həmsədr münaqiəşnin həll edilməsini istəməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə