Azərbaycanın mədəni irsi Berlində təqdim edilib

Azərbaycanın mədəni irsi Berlində təqdim edilib

Berlinde "İnnovate Heritage": incəsənət və irs arasında dialoq" adlı konfrans keçirilmişdir. Dünyanın 20 ölkəsindən gələn incəsənət xadimləri müxtəlif mühazirə, panel, seminar, sərgi və film nümayişlərində iştirak etmişlər. Konfransın əsas ideyası rəssam və alimlər arasında əlaqə qurmaqdan, son nəzəri və praktiki nailiyyətlərin müzakirə oluna biləcəyi platforma yaratmaqdan ibarət olmuşdur.

Tədbir çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın mədəni irsinin təqdimatı keçirilmişdir. Tamaşaçılar təqdim edilən muğam nümunələrini, xalça və rəsm əsərlərini maraqla qarşılamışlar. Daha sonra qonaqlaraAzərbaycan mətbəxinin ləziz nemətlərindən olan novruz şirniyyatları paylanmışdır.

Canlı yayımlanmış konfransi bütün dünyada izləmək mümkün olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə