Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub
zərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iyunun 15-də Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil olunub.
Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.
Milli Parka toplaşanlar ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə sürətlə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını heyranlıqla seyr ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB