Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımız üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş Günü hər il olduğu kimi, Səbail rayonunda geniş şəkildə qeyd olunur. Bayramla əlaqədar rayonun idarə və təşkilatlarında müxtəlif tədbirlər, görüşlər, "dəyirmi masa"lar keçirilir.
Əlamətdar günə həsr olunmuş tədbirlərdən biri Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bayıl yaşayış sahəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Qızıl Aypara və digər ictimai təşkilatların, bayram ərəfəsində ərazidə böyük abadlıq işlərinin aparılmasında iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev demişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya şöhrətli siyasətçi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. O, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat vermişdir.
Bildirmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir.
Bayramla əlaqədar olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələrə ərzaq bağlamaları paylanmışdır.
Tədbirdə çıxış edən Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Qarabağ əlilləri, şəhid ailələri və veteranları cəmiyyəti Səbail rayon şöbəsinin müdiri Bəyverdi Novruzov və digərləri bayram münasibətilə göstərilən yardımlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB