Azərbaycanda səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də "ADA" Universitetində "Avropa İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar" mövzusunda mühazirə oxumuşdur.
Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları və diplomatlar iştirak etmişlər.
Görüşdə çıxış edən "ADA" Universitetinin rektoru Hafiz Paşayev demişdir ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. O, təhsil, elm, ticarət və enerji sahələrində uğurlu layihələrin olduğunu bildirmişdir. H.Paşayev demişdir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini daim inkişaf etdirmək və yeni layihələr həyata keçirməkdə maraqlıdır.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirmişdir ki, Azərbaycanda böyük irəliləyişlər baş verir. O qeyd etmişdir ki, səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə olunmuşdur. J.M.Barrozu qeyd etmişdir ki, "ADA" Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu istiqamətdə böyük rol oynaya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB