Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın bayramları sırasında xüsusi status qazanmış əlamətdar gündür. Bu fikir Milli Qurtuluş Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində (DMX) təşkil edilmiş tədbirdə səsləndirilmişdir. DMX-dən bildirmişlər ki, tədbir Azərbaycanın dövlət himninin ifası ilə başlamışdır.
Xidmət rəisinin müavini Pərviz Musayev qeyd etmişdir ki, bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanın 1990-cı illərin əvvəllərində üzləşdiyi böhran, Ermənistanın təcavüzü, 1993-cü ilin yayında yaranmış real vətəndaş müharibəsi xalqımızı nəinki uzun illər arzusunda olduğu istiqlaliyyətinin itirilməsi, hətta milli dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Vətənin bu ağır dövründə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış bir xalqın, dövlətin qurtuluşu, parçalanmaqda olan məmləkətin xilası oldu.
Tədbirdə iftixar hissi ilə vurğulanmışdır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq birlikdə söz sahibinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilmir.
Qeyd olunmuşdur ki, respublikamızın bu inkişafını hər bir vətəndaş gündəlik həyatında hiss edir. Bu tərəqqinin nəticəsidir ki, son illər Azərbaycana gələn əcnəbilərin də sayı sürətlə artmışdır. Belə olan halda miqrasiya proseslərini idarə etmək, ölkəmizdə miqrasiya siyasətini həyata keçirmək üçün yaradılmış Dövlət Miqrasiya Xidməti kimi peşəkar idarəetmə funksiyasına malik bir qurumun hər bir əməkdaşı Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın milli və iqtisadi təhlükəsizliyinin keşiyində dayanmaqdan qürur duyur.
Tədbirin sonunda kinorejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş "Lider" filmi nümayiş olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB