Bakıda Milli Qurtuluş Günü ilə bağlı atəşfəşanlıq olacaq

Bakıda Milli Qurtuluş Günü ilə bağlı atəşfəşanlıq olacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Dənizkənarı Milli Parkda, "Saat qülləsi"nin yanında konsert proqramı və möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Bu barədə SİA-ya BŞİH-in mətbuat xidmətindən məlumat verilib.

Konsert saat 21.00-da tanınmış incəsənət ustalarının iştirakı ilə keçiriləcək. Atəşfəşanlıq isə saat 23.00-da olacaq.

BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını bayram şənliyinə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə