Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Kiçik Qafqazın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB