“Azerbaijan Land of Fire” adlı Beynəlxalq intellektual festivalı keçiriləcək

“Azerbaijan Land of Fire” adlı Beynəlxalq intellektual festivalı keçiriləcək

İyunun 21-22-də Sankt-Peterburqda "Holidey İnn Moskovskiye vorota" otelində Azərbaycan İntellektual Oyunlar Federasiyasının himayəsi ilə "Azerbaijan Land of Fire" adlı Beynəlxalq intellektual festival keçiriləcək. Tədbiri "Atəşgah" İntellektual Oyunlar Klubu, "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyasının (BKA) Sankt-Peterburq filialı Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edir.

Klubun prezidenti İlkin Yetirmişli bildirib ki, festival əcnəbi biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycan xalqının tarixi irsi ilə tanış etmək məqsədi daşıyır. O vurğulamışdır ki, Azərbaycan Dövlət Bayrağı Gününə həsr edilmiş ilk belə festival 2013-cü il noyabrın 9-10-da Riqada keçirilmişdir. Gələcəkdə belə festivalları hər il keçirmək nəzərdə tutulur.

60 komandanın qatılacağı festivalın proqramında "Nə? Harada? Nə zaman?", "Breyn-Rinq" və "Xəmsə" milli intellektual oyunları üzrə turnirlər nəzərdə tutulub.

Tematik suallar paketinin redaktorları Azərbaycan biliciləri Roman Orkodaşvili və Rüfət Abdulla, habelə BKA-nın sertifikatlı redaktorları – Dmitri Borok və Leonid Klimoviçdir.

Festivalın aparıcısı "Nə? Harada? Nə zaman?" oyununun magistri Aleksandr Druzdur.

Qeyd edək ki, Azərbaycan İntellektual Oyunlar Federasiyası "Nə? Harada? Nə zaman?" Beynəlxalq Klublar Assosiasiyası, "Atəşgah" İntellektual Oyunlar Klubu, "Turan" Эntellektual Oyunlar Klubu və "Xəzər" Эntellektual Gənclər Klubunun ьzvləri tərəfindən təsis edilib. Federasiya ölkədə intellektual oyunları təbliğ və inkişaf etdirmək və intellektual hərəkatı əlaqələndirmək üçün yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə