Orta məktəbdə məcburi köçkün ailələrindən olan uşaqlar üçün tədbir keçirilib
Azərbaycanda fəaliyyət göstərən diplomatik missiya rəhbərlərinin xanımlarının təşkilatının (HOMS), HAYAT və "Refugee women and Youth Center" beynəlxalq humanitar təşkilatlarının dəstəyi ilə Bakıdakı 151 nömrəli orta məktəbdə məcburi köçkün ailələrindən olan uşaqlar üçün tədbir keçirilib. SİA-nın məlumatına görə, orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva tədbir iştirakçılarına minnətdarlığını bildirərək məcburi köçkün ailələrindən olan uşaqların inkişafı və formalaşması üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, sonra uşaqlar arasında idman yarışları keçirilmiş, musiqi və rəqs nömrələri ilə çıxışlar və s. olub. Bütün uşaqlara hədiyyələr təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB