Bu gözəllik salonlarının fəliyyətində nöqsanlar aşkarlanıb ADLARI

Bu gözəllik salonlarının fəliyyətində nöqsanlar aşkarlanıb ADLARI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Yasamal rayonunda yerləşən "VİP Şadi Studio" və Binəqədi rayonunda yerləşən "Lady house" gözəllik salonlarında göstərilən xidmətlərin standartın tələblərinə uyğunluğu araşdırılıb.

Komitədən SİA-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilib. Bundan başqa, kosmetik vasitələrin üzərində Azərbaycan dilində məlumatların əks olunmadığı müəyyən edilib. Həmçinin, müəssisədə çalışan personalın tibbi kartları və peşə təhsilini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib.

Gözəllik salonlarında aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə