Elmin İnkişafı Fondu Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib FOTOLAR
Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi və həmin dövrdə mövcud olan siyasi şəraitdən söz açıb: "Məhz Ulu Öndər Heydər Əliyevin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bilib, ölkə uzunmüddətli inkişaf yoluna qədəm qoyub. Bu günün önəmini Azərbaycanın dünya birliyində yerinin daha da möhkəmlənməsi, stabil və inkişaf edən, vətəndaşını qoruyan ölkəyə çevrilməsi daha da artırır".
E. Babayev əsası Ümummilli Lider tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini, Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də yüksək nailiyyətlər əldə olunduğunu bildirib.
Tədbirdə Fondun 4-cü "Mobillik qrantı"nın qaliblərindən Rüfət Quliyev (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və Hacızadə Muxtar (Xəzər Universiteti) çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşərək, ölkədə alimlərə yaradılan şəraitə görə minnətdarlıq ediblər.
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB