Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər il olduğu kimi Səbail rayonunda geniş şəkildə qeyd olunub. SİA-nın xəbərinə örə, rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Səbail rayon rəhbərliyi, orta təhsil müəssisələrinin şagirdləri, ictimaiyyət nümayəndələri rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Cəmşid Naxçıvanski adına hərbi liseydə olublar.
Qanaqlar əvvəlcə Ümümmilli lider Heydər Əliyevin liseydəki büstünü ziyarət edib, önünə tər çiçəklər düzüblər. Qonaqlar həmçinin general Cəmşid Naxçıvanskinin də büstünü ziyarət ediblər. Sonra qonaqlar liseyin muzeyində olub, liseyi gəzərək burada kursantların təhsili, istirahəti, idmanla məşğuliyyəti üçün yaradılan şəraitlə tanış olublar.
Liseyin akt zalında keçirilən tədbirdə C. Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov qonaqları salamlayıb, C.Naxçıvanski adına hərbi liseyin yaranması və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda əldə olunan nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən, Ulu öndərimiz Heydər Əliyevin arzularının bir çoxunun artıq reallığa çevrilməyə başladığından söhbət açıb: "Məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə Azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir"
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əvvəlcə tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı Heydər Əliyevin adı ilə bağlıdır. Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib.
O, eyni zamanda Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışıb, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat verib, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində və onların hərbiçi peşəsinə olan marağının artırılması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
C.Naxçıvanski adına hərbi liseyin kursantı, Səbail rayon sakini Mürvət Camalov liseyə oxumağa gəlməsinin səbəbləri, burakı təhsili barədə məlumat vermiş, gələcəkdə Azərbaycan ordusunda ləyaqətlə xidmət edəcəyinə söz verib.
Cəmşid Naxçıvanski adına hərbi lisey barədə brifinq keçirilib, təhsildə fərqlənən bir qrup kursant, qabaqcıl müəllim və zabitlər RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Sonda populyar incəsənət xadimləri və gənc estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB