Azad Rəhimov Yunanıstanda iclasa qatılacaq

Azad Rəhimov Yunanıstanda iclasa qatılacaq

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının üçüncü iclası 16-19 iyun 2014-cü il tarixində Yunanıstanın Salonik şəhərində keçirləcək.

Bununla bağlı BGİ-nin katibliyi bu gün Yunanıstanın Saloniki şəhərinə yola düşüb. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və BGİ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov Üzvlər Şurasının iclasında iştirak edəcək. Üzvlər Şurasının iclasına Salonik şəhər meriyası, Azərbaycan Gənclər və İdman Nazirliyi və Yunanıstan Təhsil Nazirliyi, dəstək verib. "Saloniki- Avropa Gənclər Paytaxtı 2014" çərçivəsində keçirilən tədbirin rəsmi açılış iclasında Yunanıstanın Təhsil Nazirliyi, gənclər üzrə Baş Katibi və "Saloniki-Avropa Gənclər Paytaxtı 2014" qurumunun və UNESKO-nun Yunanıstandakı Milli Komissiyasının nümayəndələri qatılacaq.

30 ölkəni təmsil edəcək gənclər təşkilatının nümayəndələri təşkilatın cari məsələlərini, 2015-ci il üçün fəaliyyət planını və yeni üzvlərin təşkilata qəbul olunması ilə bağlı müraciətləri müzakirə edəcəklər. 4 gün davam edəcək tədbirdə bir sıra yerli təşkilatlarla rəsmi görüşlərin keçirlməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə