YAP Gəncə təşkilatı təbii fəlakətdən zərər çəkən vətəndaşların növbəti qəbulunu keçirib FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə təşkilatında şəhər rəhbərliyi ötən gün baş verən təbii fəlakətdən zərər çəkən vətəndaşların növbəti qəbulunu keçirib. SİA-nın verdiyi məlumata görə, qəbulda şəhərdə yaradılan xüsusi komissiyanın üzvləri, bütün xidməti idarələrinin rəhbərləri, eləcə də təbii fəlakətdən zərər görən 200-ə yaxın vətəndaş iştirak edib. Qəbula gələn vətəndaşların əksəriyyəti təbii fəlakət nəticəsində dam örtüklərinin uçması və evlərinə su dolması ilə bağlı icra başçısına müraciət ediblər. Bildirilib ki, iyunun 10-da baş verən təbii fəlakətlə bağlı olaraq Gəncədə ümumilikdə 1000-ə yaxın ev və sosial obyektə ziyan dəyib ki, bunun da 500-ü fərdi ev, 200-dən çoxu isə çoxmərtəbəli yaşayış binasıdır. Bundan başqa bir sıra obyektlərin də dam örtüyü yararsız hala düşüb. Artıq paytaxt Bakıdan gələn FHN-in xüsusi komissiyası dəyən ziyanın hesablanaraq siyahıya alınmasına başlayıb. Artıq 24 çoxmərtəbəli və 30-dan çox fərdi evin dam örtüklərinin sökülərək bərpa edilməsinə başlanılıb. Vətəndaşların şikayətləri dinlənildikdən sonra şəhər icra hakimiyyətinin başçısı yeni müavinlərini ictimaiyyətə təqdim edib. Şəhər İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gəncə Dövlət Universitetinin Musiqi kafedrasının müdiri Sevda Qurbanəliyeva, humanitar məsələlər üzrə müavini vəzifəsində çalışan Nizami Hacıyev isə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, qəbuldan sonra şəhər rəhbərliyi xüsusi komissiyanın üzvləri ilə birlikdə təbii fəlakətdən zərər çəkən bir neçə vətəndaşın mənzilində olub. Vəziyyətlə yerində tanış olan komissiya üzvləri bildiriblər ki, vətəndaşlara dəyən ziyanın tez bir zamanda aradan qaldırılması istiqamətində işlər aparılır.
.jpg)


İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB