Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçib. Sədrliyin təhvil verilmə mərasimi TürkPA Şurasının bu gün Bakıda keçirilən iclasında baş tutub.
İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. Daha sonra sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini elan edib.
Qeyd edək ki, TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB