12 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fondun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasın gündəliyində "2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi" məsləsi dayanıb.
İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlikdə duran məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli Fondun büdcəsində KİV layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsait barədə məlumat verib.
Bundan sonra Müşahidə Şurasının üzvləri 2014-cü ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin mövzuları və şərtləri ətrafında müzakirələr aparıblar. Şura üzvləri Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Rəşad Məcid, Müşfiq Ələsgərli çıxışlarında müsabiqə şərtlərində nəzərdə tutulan yeniliklərin vacibliyini vurğulayıblar.
Müşahidə Şurası müsabiqəni Konsepsiyada nəzərdə tutulan 19 istiqamət üzrə elan olunması barədə qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB