Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdarda uşaq bağçası təmir ediləcək
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində daha bir uşaq bağçasının əsaslı təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.
SİA-nın Fondun saytına istinadən verdiyi xəbərə görə, artıq bununla əlaqədar layihə sənədləri hazırlanıb. Hazırda 110 uşağın tərbiyə aldığı, ümumi ərazisi 3500 kvadratmetr olan körpələr evi-uşaq bağçası 3 korpusdan və musiqi zalından ibarətdir.
Qəsəbədə məktəbəqədər təhsil müəssisələrinə olan tələbat artdığından, bağçanın həyətində 80 uşaq üçün əlavə korpus tikiləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB