Ukrayna Azərbaycanlı Gənclər Birliyi İrpen şəhərindəki uşaqlara yay sevinci yaşadıb FOTOLAR

Ukrayna Azərbaycanlı Gənclər Birliyi İrpen şəhərindəki uşaqlara yay sevinci yaşadıb FOTOLAR

Vaxtaşırıolaraq Kiyev vilayətinin İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına istirahət parkında müxtəlif aksiyalar keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyi bu dəfə parkda istirahət edən uşaqlar arasında bilik yarışması təşkil ediblər. SİA-nın məlumatına görə, İrpen şəhərindəki uşaqlı anaların ən sevimli və maraqlı istirahət guşəsinə çevrilən Zərifə Əliyeva adına parkda təşkil olunan bilik yarışması Ukrayna Azərbaycanlı Gənclər Birliyinin qabaqcadan hazırladığı əyləncəli sual-cavab formasında keçirilib. Tədbirə qatılanları bilik yarışması münasibəti ilə təbrik edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən tikilib istifadəyə verilən, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan parkda uşaqlar üçün maraqlı aksiyaların keçirilməsinin ənənə halını almasından qürur duyduğunu söyləyib. Zərifə Əliyeva adına parkın Azərbaycanla Ukrayna arasındakı mədəni əlaqələrin sarsılmaz dostluq körpüsünə çevrildiyini diqqətə çatdıran Anar Tahirov, parkda istirahət edən uşaqları gələcəkdə daha maraqlı aksiyaların gözlədiyini bildirib. Sonra parkın daimi sakinləri olan balaca fidanlara Azərbaycan və Ukraynanın dövlət atributları, mədəniyyəti və tarixi, o cümlədən, Akademik Zərifə Əliyevanın zəngin həyat və yaradıcılığını özündə əks etdirən suallar verilib. Uşaqlar arasında əyləncəli oyunlar keçirilib. Tədbirdə xüsusi fəallıq göstərən uşaqlara Ukrayna Azərbaycanlı Gənclər Birliyinin diplomları təqdim olunub.

Yay istirahətlərini parkda keçirən bütün uşaqlara Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi tərəfindən hazırlanmış hədiyyələr verilib. Sevinclərinin həddi-hüdudu olmayan uşaqlar, Azərbaycan və Ukraynaya həsr olunmuş şerlər söyləməklə bilik yarışmasına öz töhfələrini veriblər .

Bütün xəbərlər Facebook səhifəmizdə