İyunun 10-da axşam saatlarından başlayaraq Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib. Qasırğa şəhərin fərdi yaşayış evləri və müəssisələrlə yanaşı, digər müxtəlif obyektlərə, təhsil binalarına da ciddi ziyan vurub. SİA-ya daxil olan məlumata görə, güclü qasırğa nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və təhsil binasının ətrafı da ciddi ziyan görüb. Belə ki, universitetin inzibati binasının həyətindəki 10m uzunluğu, 2m eni olan hasar dağılaraq yararsız hala düşüb. Bununla yanaşı, universitetin kimya korpusunun 248m2 ölçüsündə olan dam örtüyü tamamilə sıradan çıxıb, onlarla çoxillik ağaclar qasırğa nəticəsində məhv olmaqla yanaşı, ətrafa fəsadlar verib. Hazırda universitet rəhbərliyinin və müvafiq qurumların təşkilatçılığı ilə qasırğanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB