Londonda Xocalı soyqırımı haqqında danışıldı

Londonda Xocalı soyqırımı haqqında danışıldı

Londonda "Cinsi zorakılığa son" mövzusunda keçirilən beynəlxalq sammitin ekspertlər görüşündə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova Xocalı faciəsi ilə bağlı məlumat verib.

SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, 1992-ci il fevralın 26-da bir gecədə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Bu vəhşilik nəticəsində yüzlərlə insan yurd-yuvasından didərgin düşüb.

S.Manafova Xocalıda törədilən vəhşiliklərin uşaqların psixologiyasına təsiri haqqında da danışıb. Qeyd edilib ki, bu qətliam zamanı yüzlərlə azyaşlının gözləri qarşısında onların ailə üzvlərinə zərər yetirilib, işgəncələr verilib. Həmin uşaqların cəmiyyətə reinteqrasiyasından bəhs edən S.Manafova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini və beynəlxalq qurumların məsələ ilə bağlı ciddi tədbirlər görmədiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə