Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) nəzdində yaradılmış Uşaq Paralimpiya Komitəsinin (UPK) inkişaf etdirilməsi məqsədilə Kanadanın idman elmləri üzrə fəxri professoru, UNİCEF–in beynəlxalq eksperti Kolin Hiqqis Bakıya dəvət edilmişdir.
AMPK-nın mətbuat xidmətindən bildirmişlər ki, iyunun 11–də "Hilton Baku" mehmanxanasında K.Hiqqisin iştirakı ilə komitə üzvləri, hökumət və qeyri–hökumət təşkilatlarının nümayəndələri üçün seminar keçirilmişdir.
Seminarda Uşaq Paralimpiya Komitəsinin inkişafı, sağlamlıq imkanları məhdud uşaqların bu sahəyə cəlb olunması yolları, əhali arasında maarifləndirmə işi və s. məsələlər müzakirə edilmişdir.
K.Hiqqis dörd gün ərzində UPK–nın hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi barədə AMPK–nın mütəxəssislər ilə müzakirələr aparacaqdır.
Qonaq UNİCEF–in Azərbaycan nümayəndəliyi ilə AMPK arasında imzalanmış Anlaşma Memoranduma əsasən Bakıya dəvət olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB