O, yaşadığı evdən çıxıb və geri qayıtmayıb
18 yaşlı qız itkin düşdü

Cəlilabad rayonunda 18 yaşlı qız itkin düşüb. Cəlilabad şəhər Bəcravan kənd sakini 1996-cı il təvəllüdlü Cəfərova Şəhla Məhəmməd qızı iyunun 6-da yaşadığı evdən Cəlilabad rayonunda yaşayan bibisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib.

Onun əlamətləri aşağıdakılardır. Boyu 150 sm, dolubədənli, ağbəniz, saçı gödək, şabalıdı rəndgdədir. Evdən çıxarkən onun əynində qırmızı kofta , qırmızı şalvar və ayağında qırmızı krassofka olub.

Şəhla Cəfərova barəsində məlumatları olanlardan aşağıdakı nömrələrə zəng etmələri xahiş olunur.

055 248 17 33

051 885 95 74

050 369 87 44

Bütün xəbərlər Facebook səhifəmizdə