Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gül Bayramına məxsus çoxillik ənənələri zənginləşdirərək nəzərdə tutulmuş bütün nominasiyalar üzrə tələblərə cavab verdiyinə, gül-çiçəkdən yaradıcı və geniş istifadə etməklə təqdim olunan əsərlərin bolluğuna, dolğun təzahürünə və mövzu fərqliliyinə görə nominasiyalar müəyyələşdirilib. SİA-nın məlumatına görə, həmin nominasiyada Bakı şəhərinin Sabunçu rayonu 1-ci yerə layiq görülüb.
Xatırladaq ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Sabunçu rayonunda 07 may 2014-cü il tarixində Abbasqulu Ağa Bakıxanov adına parkda təntənəli Gül bayramı keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Parkın hər tərəfi bayram libasına bürünmüşdü. Ayrı-ayrı müəssisə və təşkilatların, ümumtəhsil məktəbləri və uşaq bağçaları kollektivlərinin, uşaq yaradıcılıq mərkəzi üzvlərinin rəngbərəng güllərdən, yarpaqlardan, bəzək bitkilərindən hazırladıqları və Ulu Öndərə həsr etdikləri bir-birindən maraqlı kompozisiyalar, portretlər, tablolar, əl işləri bayram iştirakçılarının böyük marağına səbəb olmuşdu.
Ümummilli Liderə sevgi və məhəbbət, dövlət rəmzlərimizə hörmət, sülhə çağırış güldən hazırlanmış kompozisiyaların əsas mövzusunu təşkil edirdi. Bu il Gül Bayramında Sabunçu rayonunun 20 məktəbəqədər, 40 ümumtəhsil, 3 internat, 1 orta ixtisas, 2 ilk peşə təhsil müəssisələri, Uşaq Yaradıcılıq Mərkəzi, Müharibə və Əmək Əlillər üçün Pansionat və Sağlamlıq İmkanları Məhdud olan Gənclər üçün Reabilitasiya Mərkəzi olmaqla ümumilikdə 69 müəssisə iştirak etmişdi.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB