AMEA-nın bugünkü iclasında "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" ətrafında müzakirələr aparılıb. SİA-nın xəbərinə görə, sənədə dair tədbirlər planının hazırlanıb həyata keçirilməsi müvafiq strukturlara tapşırılıb.
Sonra ölkədə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətlərindən bəhs edilib. Həmçinin 28 May- Respublika Günü münasibətilə akademiyanın gənc alimləri üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən 21 gənc alim qrant mükafatına layiq görülüb və AMEA üzvlüyünə seçkilər üzrə ümumi yığıncağın keçirilməsi qərara alınıb.
İclasda akademiyanın nizamnaməsinin yeni layihəsi də müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclas iştirakçılarını nizamnaməyə təklif olunan əlavə və dəyişikliklərlə tanış edib. Nizamnamənin layihəsi bəyənilib və AMEA-nın ümumi yığıncağında müzakirəyə çıxarılacaq.
Rəyasət Heyətinin digər qərarı ilə ümumi yığıncaq bu il iyunun 27-də keçiriləcək və tədbirin gündəliyində AMEA üzvlüyünə seçkilərin keçirilməsi məsələsi də yer alır.
Daha sonra kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutu, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, kimya üzrə fəlsəfə doktoru Qəhrəman Həsənov isə Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru vəzifəsinə təyin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB