“Naxçıvanda hərbi əməliyyatlarla bağlı yayılan məlumatlar yalandır” RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyi Naxçıvandakı vəziyyətlə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.
Qeyd edək ki, bəzi yerli və xarici KİV-lərdə guya Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı və orada hərbi əməliyyatların şiddətləndiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB