AMEA poliklinikanın tikintisi üçün FHN-in razılığını alıb

AMEA poliklinikanın tikintisi üçün FHN-in razılığını alıb

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) poliklinikasının inşası ilə bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) görüş keçirilib. Görüşdə təklifimiz müsbət dəyərləndirilib. İnanıram ki, FHN-in köməkliyi, akademik Əhliman Əmiraslanovun nəzarəti ilə Akademiya üçün poliklinika tikiləcək". SİA-nın xəbərinə görə, bunu AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı artıq Səhiyyə Nazirliyinin də razılığı alınıb.

AMEA-nın sədri onu da qeyd edib ki, respublikada elmin istehsalatla əlaqələri bundan sonra ardıcıl olaraq təkmilləşməli və dərinləşməlidir: "Bütün dövlət qurumları, nazirliklər bu məsələdə Azərbaycan elminə kömək etməyə hazırdır. Məsələn, ötən gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüm olub. Görüşdə Azərbaycandakı palçıq vulkanlarının vəziyyəti və digər məsələlərə müzakirə olunub. Belə ki, Azərbaycanda 300-ə yaxın palçıq vulkanı var. Lakin əhali tibbi-müalicəvi imkandan istifadə edə bilmir. Nazir də görüşdə bu məsələ ilə bağlı akademiyaya hər bir maliyyə yardımı etməyə hazır olduqlarını dedi".

Bütün xəbərlər Facebook səhifəmizdə