Mətbuat Şurası Cəmil Həsənlini QINADI

Azər Həsrət: "Vətəndaş mövqeyinin sərgilənməməsinə haqq qazandırmaq yanlış fikirdir"
Mətbuat Şurası Cəmil Həsənlini QINADI

"Cəmil Həsənli bu ifadəsi ilə böyük yanlışlığa yol verib. Çünki ədəbiyyat adamları heç bir vaxt toplumdan, ictimaiyyətdən uzaq olmayıblar". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Milli Şuranın sədri Cəmil Həsənlinin ədəbiyyat adamlarının ictimai proseslərdə vətəndaşlıq mövqeyi sərgiləməyə borclu olmadıqları iddiasına münasibətini açıqlayarkən deyib.

Mətbuat Şurası rəsmisinin fikrincə, ədəbiyyat adamları heç vaxt ətrafda baş verən proseslərə də biganə qala bilməzlər: "Yəni ədəbiyyat insanı həmişə cəmiyyətlə iç-içə olub, olmalıdır da. Məhz bu baxımdan, ədəbiyyat insanlarının vətəndaş mövqeyinin sərgiləməməsinə haqq qazandırmaq, ya da ki, onların buna borclu olmadığını demək məncə, çox yanlış bir fikirdir. Məncə, ədəbiyyat insanı mütləq şəkildə toplumla iç-içə olmalıdır və ortaya vətəndaş mövqeyi qoymalıdır".

Azər Həsrət həmçinin bildirib ki, Mətbuat Şurası Əkrəm Əylislinin məlum "Daş yuxular"ı əsərini də sərt şəkildə tənqid edib. Çünki bu roman ictimai rəydə ciddi çaşqınlıq yarada bilərdi. Hansı ki, Əkrəm Əylisli də ədəbiyyat adamı olub: "Əgər xatırlayırsınızsa, Əkrəm Əylislinin məlum "Daş yuyulxar"ı ilə bağlı Mətbuat Şurasında ciddi müzakirələr aparmışdıq və onu ciddi şəkildə tənqid edirdik. Çünki o bir ədəbiyyat adamıydı və belə bir ədəbiyyat adamının bu cür yanlış mövqedən çıxış etməsi toplumu da yanlış istiqamətə sürükləmiş olardı. Bu baxımdan, biz mövqe bildirdik. Yəni burada da Cəmil Həsənlinin belə bir ifadə işlətməsini şəxsən mən eşitmək istəməzdim".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə