Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov "Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"dan irəli gələn vəzifələr haqqında məruzə ilə çıxış edib. O bildirib ki, ölkədə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan informasiya cəmiyyəti quruculuğu prosesi onun siyasi kursunun davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunan strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin və dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, həmçinin İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir".
Nazir həmçinin qeyd edib ki, milli strategiya və onun həyata keçirilməsinə dair dövlət proqramının layihəsində Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulur: "Strategiyanın əsas istiqamətləri sırasında yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-hökumətin, e-təhsilin, e-səhiyyənin, e-vətəndaşın inkişafı, kadr hazırlığı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi kimi elm tutumlu məsələlər öz əksini tapır. Dövlət proqramı layihəsinin tədbirlər planındakı 82 tədbirdən 27-də AMEA-nın icraçı qurum kimi iştirakı nəzərdə tutulur".
Akademik Ə. Abbasovun məruzəsi Rəyasət Heyətinin qərarı ilə bəyənilib, tövsiyyələr nəzərə alınıb və sözügedən dövlət proqramının layihəsi dəstəklənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB