AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, İstitutunun direktoru Muxtar Kazımoğlu (İmanov) gündəlikdə duran cari məsələlərlə iştirakçıları tanış edib.
AMEA Folklor İnstitutunda vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı institutun elmi katibi Elçin Abbasov məlumat verib. Elmi Şura üzvləri sözügedən məsələyə münasibət bildiriblər. "Klassik folklor" şöbəsinə dos., fil.ü.f.d. Rza Xəlilov, "Musiqi folkloru" şöbəsinə isə sən.ü.e.d., prof. Nailə Rəhimbəyli müdir seçiliblər.
Gündəlikdə duran ikinci məsələ – "Mürsəl Həkimov-85" mövzusunda məruzə edən institutun "Mifologiya" şöbəsinin müdiri, fil.ü.e.d. Seyfəddin Rzasoy tanınmış folklorşünas, prof. Mürsəl Həkimovun həyatı, yaradıcılığı haqqında ətraflı bilgi verib.
Fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov) M.Həkimovun alim kimi özünəməxsusluğu, yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun aşıq sənətinin mahir bilicisi, araşdırıcısı olduğunu vurğulayıb.
"Aşıq yaradıcılığı" şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli M.Həkimovun folklor toplayıcılığı fəaliyyətinə toxunub, bu sahədəki fədakarlığını ayrıca qeyd edib.
"Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, prof. Kamran Əliyev M.Həkimovun elmdə yenilikçilyindən və portret cizgilərindən danışıb.
Prof. Seyfəddin Qəniyev mərhumun Azərbaycan aşıq məktəblərinə dərin bələdliyindən danışıb, xatirələrini bölüşüb.
Sonda M.Həkimovun qızı, b.ü.f.d. Nübar Həkimova atasının xatirəsinin yad edilməsinə görə institutun rəhbərliyinə, çıxışçılara təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB