Sabah 32 dərəcə isti olacaq

İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib.

O bildirib ki, mülayim şimal küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın bölgələrində də gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə