Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, N. Piriyev son yaş həddinə görə təqaüdə göndərilib.
Məlumatda qeyd olunur ki, bəzi KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB