Yeni yaşayış binaları tikilir FOTO

Yeni yaşayış binaları tikilir FOTO

Gəncənin 2 ərazisində yeni yaşayış binaları inşa edilir. Yeni Gəncə yaşayış kompleksində çox mərtəbəli yaşayış binalarının inşası üçün 3,3 ha ərazi ayrılıb. Ərazidə 9 mərtəbəli 14 bina inşa ediləcək. Layihəyə görə çox mərtəbəli binalar əsasən 1, 2 və 3 otaqlı tikilir. Binalarda gələcəkdə ümumilikdə 920 ailə yaşayacaq. Burada tikilən binaların 11-nin zirzəmisində işlər başa çatıb, birinci mərtəbədə beton tökmə işləri aparılır.

Qeyd edək ki, hazırda şəhərin Şah İsmayıl Xətai prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində də 14 ədəd 12 mərtəbəli bina tikilir. Layihəyə görə hündürlüyü 42 metr olacaq binada mənzillər 2-3 otaqlı inşa edilir və binaların hər birində 44 mənzilin olması nəzərdə tutulub.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə